Surqut hava limanına Fərman Salmanovun adı verilib

Surqut hava limanına  Fərman Salmanovun adı verilib
# 31 may 2019 15:05 (UTC +04:00)

Rusiyanın Surqut hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.

ONA “Vesti Kavkaza”-a istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin bu gün imzaladığı sərəncamda deyilir.

Sərəncama əsasən, 40-dan çox Rusiya hava limanının adı dəyişdirilib.

Qeyd edək ki, Fərman Salmanov Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf edib. O, Sosialist Əmək Qəhrəmanı adını daşıyır. 1978-ci ildən 1987-ci ilə qədər F.Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiyaya" rəhbərlik edib. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR