Fransa millisinin və PSJ klubunun futbolçusu Killian Mbappe yay transfer dövründə İspaniya “Real”ına keçməməyə qərar verib.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 21 yaşlı hücumçunun qərarına koronavirus pandemiyası üzündən iqtisadi vəziyyətin pisləşməsi səbəb olub.
Forvard daha bir mövsümü PSJ-də keçirməyə üstünlük verib. Onun parislilərlə anlaşması 2022-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, əvvəllər “Monako”da oynamış Mbappe PSJ-yə 2017-ci ildə keçib.