"Hazırda bütün vergi ödəyiciləri və sahibkarlar üçün mühüm olan bir mövzu müzakirə edilir. Bu, Prezident İlham Əliyevin tapşırığına əsasən vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır".
"APA-Economics"in məlumatına görə, vergilər naziri Mikayıl Cabbarov deyib ki, islahat əməkhaqqına tətbiq olunan vahid vergi yükü müəyyənləşdirilməsini nəzərdə tutur.
"İndi müzakirə edilən vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir. Yəni, hazırda vergi yükünün həcminin aşağı salınması məsələsi müzakirə edilir. İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, o cümlədən əməkhaqların real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə öz töhfəsini verməlidir", - deyə M.Cabbarov vurğulayıb.