Bakıda qadının briliant klonu quldurluq yolu ilə götürülüb.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Naməlum şəxs səhər sakini, 1994-cü il təvəllüdlü A.D-nin əli və ağzını tuturaq boynundakı dəyəri 1800 manat olan briliant klonu quldurluq yolu ilə talayıb və hadisə yerindən qaçıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən 1977-ci il təvəllüdlü Nazim Məmmədov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.