Çarter uçuşları ilə Azərbaycana gələnlər karantinə götürülür

Çarter uçuşları ilə Azərbaycana gələnlər karantinə götürülür
# 11 iyun 2020 17:52 (UTC +04:00)

“Hazırda istənilən halda Azərbaycan ərazisinə gələn bütün sərnişinlər 48 saat ərzində qüvvədə olan COVID-19 arayışı ilə gəlməlidirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

 E. Hacıyev deyib ki, bu halda onların karantinə getməmək ehtimalı çox böyükdür.  

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva  isə bildirib ki, hazırda çarter uçuşları ilə gələnlər karantinə götürülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR