AFFA koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan 2019/20 mövsümü ilə bağlı qərarını bu gün açıqlayacaq.
Bu barədə məlumatı apasport.az saytına AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov verib.
O bildirib ki, qurum qeyri-müəyyənliklə bağlı alınan qərarları gün ərzində ictimaiyyətə təqdim edəcək: “Bu gün bütün məlumatlar AFFA-nın saytına çıxacaq. Hər şey orada ətraflı qeyd olunacaq”.
Qeyd edək ki, Azərbaycanda bütün futbol yarışları martın 13-də dayandırılıb.