Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Baş nazir Boris Consonun tezliklə sağalması ilə bağlı mesaj yayımlayıb.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, səfirliyin “Twitter” hesabında yayımlanan mesajda Baş nazirin tezliklə sağalmasının arzu edildiyi bildirilib.
“Bütün düşüncələrimiz və dualarımız koronavirusla mübarizə aparanlardadır”, - deyə mesajda qeyd edilib.
Qeyd edək ki, Böyük Britaniyanın koronavirusa yoluxmuş Baş naziri Boris Conson dünən vəziyyəti pisləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.