İranda son sutkada yeni növ koronavirusdan daha 94 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 4777 nəfərə çatıb.
İranda son 24 saat ərzində koronavirusa 1512 yoluxma qeydə alınıb və indiyədək COVID-19-a yoluxanların sayı 76 389 nəfərə çatıb, 49 933 nəfər xəstəlikdən sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 3643 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.