"Bavariya"da baş məşqçi Hans-Diter Flikin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Münhen klubunu çalışdırmaqda davam edəcək.
55 yaşlı çalışdırıcı Bundesliqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Anlaşmaya əsasən, Flik 2023-cü ilin yayına qədər "Bavariya"nın "sükanı arxası"nda olacaq. Bu gün baş tutan imzalanma mərasiminə baş məşqçi və klub rəsmiləri maska ilə qatılıblar. Onların koronavirus pandemiyası ilə əlaqədar məsafə saxlamaları diqqət çəkib.
Qeyd edək ki, "Bavariya" hazırda Almaniya Bundesliqasına başçılıq edir. Komanda eyni zamanda Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Çelsi" üzərində böyükhesablı (3:0) qələbə qazanıb.