Ukraynada son sutka ərzində yeni növ koronavirusa 415 yoluxma faktı qeydə alınıb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukraynada koronavirusa yoluxanların sayı 6125 nəfərə yüksəlib.
Xəstəlikdən ümumilikdə 367 nəfər sağalıb, 161 nəfər vəfat edib.