İtaliyada karantin müddəti uzadılır

İtaliyada karantin müddəti uzadılır
# 19 mart 2020 12:47 (UTC +04:00)

İtaliyada tətbiq olunan karantin müddəti aprelin 3-dək uzadılacaq.

APA-nın "Il Corriere della Sera" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Baş Naziri Cuzeppe Konte bildirib.

“Ölkədə fəaliyyət göstərən müəssisələrin və fərdi fəaliyyətlərin böyük bir hissəsinin, həmçinin məktəblərin bağlanmasına səbəb olan gördüyümüz tədbirlərin müddəti uzadılacaq”, - deyə Baş Nazir vurğulayıb.

Qeyd edək ki, martın 12-dən tətbiq olunan karantin müddəti martın 25-də bitməli idi.

Xatırladaq ki, İtaliyada COVID-19 virusundan ölənlərin sayı 3000-ə, virusa yoluxanların sayı 35 000-ə çatıb. Virusa yoluxmuş 4000 nəfər sağalıb. Son 24 saat ərzində virusa yoluxmuş 475 nəfər ölüb, 4207 nəfər isə virusa yoluxub. Ölkənin Səhiyyə Fondunun rəsmi məlumatına görə, İtaliyada 2629 tibb işçisi virusa yoluxub ki, bu da ümumi tibb işçilərinin 0,3 faizidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR