“Metropolitendə sərnişinlərin sayı ildən-ilə artır. İş günlərində təxminən 800 min, şənbə günləri 600 min bazar günləri isə 450 min sərnişin daşınırdı”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.
Onun sözlərinə görə, il ərzində orta statistik hesablamaya görə, Metropolitendən bir gün ərzində təxminən 650 min sərnişin istifadə edir: “Bu ilin yanvar-fevral aylarında 39 milyona yaxın sərnişin daşınıb. Bu isə plandan 2 milyon 500 min artıq sərnişin deməkdir. Məlum vəziyyətin yaranması və müvafiq qərarlardan sonra mart ayında daşımaların sayı kəskin azalıb, ümumilikdə 12 milyona yaxın sərnişin daşınıb”.