Yevlaxın Aran qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, yolu keçmək istəyən piyada, 1987-ci il təvəllüdlü Yevlax şəhər sakini Orucov Rusif Yusif oğlunu minik avtomobili vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Yaralı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.