Azərbaycan məhsulları ilk dəfə olaraq “Gulfood 2017” sərgisində nümayiş olunacaq

azerbaycan mehsullari ilk defe olaraq gulfood 2017 sergisinde numayis olunacaq

Azərbaycan məhsulları ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçiriləcək “Gulfood 2017” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunacaq. 

 

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"-ə verilən xəbərə görə, 26 fevral – 2 mart tarixlərində keçiriləcək dünyanın ən iri qida sərgilərindən olan “Gulfood 2017” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan istehsalı olan meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim ediləcək.

 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Dubayda keçiriləcək “Gulfood 2017” sərgisində iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 24 şirkət sərgidə iştirak etmək hüququ qazanıb. “Gulfood 2017” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” Fərmanına uyğun olaraq yaradılıb, stendin təşkili xərcləri dövlət tərəfindən qarşılanır. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida bir gunde 616 eded partlamamis herbi sursat askarlanib
    Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat aşkarla...
  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
goranboy sakini yaniq xesaretleri alib goranboy sakini yaniq xesaretleri alib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ