Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

azerbaycan ve turkiye kend teserrufati sahesinde gelecek emekdasliq imkanlarini muzakire edib

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı üzrə Proqram Koordinator- luğunun Rəhbərinin müavini Mehmet Ali Yetiş, Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin rəhbəri Ali İhsan Genç və Azərbaycan Türkiyə İş Adamları Birliyinin rəhbəri Cemal Yangın ilə görüşüb.

 

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. 

 

H. Əsədov TİKA ilə əməkdaşlığa önəm verdiyini bildirərək, həyata keçirilən layihələri yüksək qiymətləndirib. Nazir Türkiyə universitetlərinin baytarlıq sahəsindəki zəngin təcrübələrindən istifadə edərək ADAU-nun “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin tədris bazasının müasir standartlara uyğunlaşdırılması və “Baytarlıq Klinikası”nın yaradılması istiqamətində tədbirlərin görülməsini, TİKA-nın yardımı ilə Saatlı və Sabirabad rayonlarında 80 baş damazlıq qaramalın 40 ailəyə paylanılaraq yüksək məhsuldar heyvanlar əldə olunduğunu və TİKA-nın dəstəyi ilə “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisə”sinin maddi-texniki bazasının möhkəmləndirildiyini, regionlarda arıçılığın inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb.

 

Nazir aqrar sahədə Türkiyənin əldə etdiyi uğurları yüksək qiymətləndirib, xüsusən də dost ölkənin toxumçuluq, tərəvəzçilik və ana arı yetişdiriciliyi sahəsində təcrübəsindən bəhrələnmək və bu sahədə mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılmasını nəzərə çatdırıb. 

 

Sonda tərəflər arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki seheri 8 nomreli tam orta mektebe kerim kerimovun adi verilib
    Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adı v...
  • uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib
    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb...
uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.016
 
RR
0.0296
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ