Bakıda İxtisaslaşmış Yaşıl Market Kompleksi istifadəyə verilib

Bu gün Bakının Nəsimi rayonu ərazisində dövlətin güzəştli maliyyə dəstəyi ilə yaradılmış ixtisaslaşdırılmış yaşıl market istifadəyə verilib.
 
APA-Economics” xəbər verir ki, Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov İxtisaslaşdırılmış Yaşıl Market Kompleksində olub, satılan məhsulların qiymətləri ilə maraqlanıblar, satıcı və istehlakçıların fikirlərini dinləyiblər.
 
Kənd təsərrüfatı naziri qeyd edib ki, kompleksdə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən fermerlərə istehsal etdikləri meyvə və tərəvəzlərin, ət və balıq məhsullarının satışının təşkili üçün əlverişli şərait yaradılıb. Kompleksdə eyni zamanda 300-dək fermer öz məhsullarının satışını həyata keçirə bilər. Bunun üçün kompleksdə meyvə-tərəvəz məhsulları üçün qapalı və açıq bazarlar, 20 fermer mağazası, ət və balıq məhsulları üçün qapalı bazar, soyuducu anbar, 2 mərtəbəli market və avtodayanacaq yerləşir. Yaşıl marketdə 300-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.
 
H.Əsədov əlavə edib ki, 3 kameradan ibarət olan min tonluq soyuducu anbar Avropanın inkişaf etmiş şirkətlərinin avadanlıqları ilə təchiz edilib. Kameralarda temperaturun -40 dərəcədən +5 dərəcəyədək tənzimlənməsi mümkündür. Soyuducu kameraların kənd təsərrüfatı və qida məhsullarının saxlanılması məqsədilə sahibkarlara icarəyə verilməsi nəzərdə tutulur. Müasir avadanlıqlarla təchiz edilmiş soyuducu anbarda qida məhsullarının keyfiyyətli və uzunmüddətli saxlanılması mümkündür.
 
Onun sözlərinə görə, kompleksdə hər mərtəbəsində ərazisi 600 kvradratmetr olan 2 mərtəbəli ərzaq və qeyri-ərzaq məhsullarının satışı üçün müasir market fəaliyyət göstərir.
 
İstehlakçıların rahatlığının təmin edilməsi və nəqliyyatın intensivliyinə maneə yaradılmaması üçün kompleksin qarşısında eyni zamanda 50-dək avtomobilin dayanması üçün avtodayanacaq yaradılıb.
 
İqtisadiyyat Nazirliyinin təqdim etdiyi rəqəmlərə əsasən, İxtisaslaşdırılmış Yaşıl Market Kompleksi 1,1 hektar ərazidə yerləşir. Ümumi dəyəri 12,5 milyon manat olan yaşıl marketin yaradılmasına 9,1 milyon manat dövlətin güzəştli krediti verilib.
 
Prezident İlham Əliyevin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 2014-cü il 16 yanvar tarixli sərəncamına uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 221 milyon manat, tutumu 206 min ton olan 12 logistik mərkəzin, illik emal gücü 10,5 min ton ət emalı (kəsim fabriki) müəssisəsinin, Bakı və Gəncə şəhərlərində, Şəmkir və İsmayıllı rayonlarında 4 ixtisaslaşdırılmış yaşıl marketin yaradılmasına 88 milyon manat güzəştli kredit verilib. Bu layihələrin icrası 1100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
 
Ümumi dəyəri 52 milyon manat olan və 15,7 milyon manat güzəştli kredit verilmiş bu yaşıl marketlərin yaradılmasında əsas məqsəd regionlarda kənd təsərrüfatının inkişafını təşviq etmək, fermerlərə birbaşa olaraq yerli məhsullarını satmağa şərait yaratmaq, eləcə də şəhər əhalisinə təzə kənd təsərrüfatı məhsullarının çatdırılmasını təmin etməkdir.
 
Yaşıl marketlərin ənənəvi bazarlardan bir çox fərqli və üstün cəhətləri var. Belə ki, yaşıl marketlərin tərkibində - fermer mağazaları, pərakəndə və topdan satış üçün nəzərdə tutulan qapalı və açıq tipli ticarət zonaları, meyvə-tərəvəz və digər ərzaq məhsullarının saxlanması üçün soyuducu anbarlar, çeşidləmə və qablaşdırma sahəsi, müştərilərin istiharət zonası, laboratoriya, avtodayanacaq və s. infrastruktur obyektləri fəaliyyət göstərir.
 
Fermerlər tərəfindən istehsal olunan məhsulların vasitəçilərsiz bazarlara çıxarılması, kənd təsərrüfatı məhsullarının istehlakçılara daha ucuz qiymətlərlə təklif olunması, ilin bütün fəsillərində istehlakçıların yüksək keyfiyyətli ərzaq məhsulları ilə təminatı, eləcə də əhalinin məşğulluğunun təmin edilməsi də yaşıl marketlərin üstün cəhətlərindəndir. Bütün bunlar isə istehlakçıların fasiləsiz olaraq əlverişli qiymətlərlə keyfiyyətli məhsullarla təmin olunmasına imkan verəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ