Bərdə sakininin avtomobilində at skeletləri və baş-ayağı aşkarlanıb

Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Bərdə rayon sakini, S. Vurğun küçəsi ev 15-də yaşayan Məmmədov Alim Vəli oğluna məxsus "Qazel" markalı 10-UX-290 dövlət nömrə nişanlı yük avtomobili saxlanılıb və baxış keçirilib.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində 4 baş atın başı, atın 16 ədəd ön və arxa ayağıı, 4 baş atın ətdən ayrılmış onurğa sütunu, 4 baş atın ön və arxa ətraflarının ətdən ayrılmış sümükləri, 4 baş at dərisi və 4 baş atın möhtəviyyatla dolu daxili orqanları aşkarlanıb.

 

Bərdə Rayon Baytarlıq İdarəsi və Bərdə zona Baytarlıq Laboratoriyasının əməkdaşlarının iştirakı ilə həmin avtomobildə aşkar olunan at məhsullarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

 

Götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müvafiq qaydada tədbirlər görüləcək. Hazırda  Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

 

“DBNX-nın strukturları tərəfindən A. Məmmədova dəfələrlə xəbərdarlıq olunsa da, o, qanunsuz əməllərini davam etdirir” – deyə məlumatda bildirilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kobud qayda pozuntusuna yol veren 350 surucu cerimelenib
    Bakıda kobud qayda pozuntusuna yol verən 350 sürücü cərimələ...
  • azerbaycan nefti 1 bahalasib
    Azərbaycan nefti 1% bahalaşıb
azerbaycan nefti 1 bahalasib azerbaycan nefti 1 bahalasib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ