Cənubi Qafqaz ölkələrində torpaqların deqradasiya vəziyyəti açıqlanıb

Cənubi Qafqaz ölkələrində torpaqların deqradasiya vəziyyəti açıqlanıb.

 

APA-nın xəbərinə görə, Tiflisdə Cənubi Qafqazda torpaqların deqradasiyasının neytrallaşması üzrə keçirilən media seminarında çıxış edən BMT-nin Mərkəzi və Şərqi Avropada Səhralaşmaya qarşı mübarizə konvensiyasının proqram koordinatoru Camal Annaqulyova bildirib ki, hazırda Ermənistanda torpaqların 80 faizində səhralaşma və bioloji aktivliyin itirilməsi prosesi gedir.

 

Gürcüstanda isə səhralaşma təhlükəsi 35 faizdir. Bu ölkədə tez-tez baş verən quraqlıq kənd təsərrüfatına ciddi ziyan vurur.

 

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri və Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının Azərbaycan üzrə Milli Koordinatoru Sadiq Salmanov isə bildirib ki, hazırda Azərbaycanda torpaqların 23 faizi deqradasiyaya uğrayıb. Onların 20 faizi kənd təsərrüfatı təyinatlı torpaqların payına düşür.

 

Qeyd olunub ki, Cənubi Qafqazda ən az deqradasiya prosesi Azərbaycan ərazisindədir. Ötən əsrin 90-cı illərində Azərbaycanda yoxsulluq 47 faiz təşkil edirdisə, aparılmış sosial-iqtisadi islahatlar nəticəsində bu rəqəm 6 faizə enib. Ancaq təhlillər göstərir ki, problemlər hələ də qalmaqdadır. Torpaqların deqradasiyası kənd yerlərində yaşayan əhalinin yoxsulluğuna səbəb olur. Belə ki, mal-qaranın sistemsiz otarılması, suvarma sistemlərindən, müasir kənd təsərrüfatı texnikalarından düzgün istifadə edilməməsi torpaqların şoranlaşmasına və deqradasiyasına səbəb olur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:12 23 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida qadin yanginda olub
    Bakıda qadın yanğında ölüb
  • bakida cerime meydancasinda avtomobiller qaret edilib
    Bakıda cərimə meydançasında avtomobillər qarət edilib
bakida cerime meydancasinda avtomobiller qaret edilib bakida cerime meydancasinda avtomobiller qaret edilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7009
 
EUR
2.0003
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ