DBNX: H5N8 virusu quşlardan insana keçmir

dbnx h5n8 virusu quslardan insana kecmir

“İranda ev quşları arasında yayılan H5N8 yüksək patogenli "quş qripi" H5N1-in virusunun tipidir. Lakin virusun bu tipi H5N1-dən fərqli olaraq quşlardan insana keçmir”.

 

Bunu APA-ya Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov deyib.

 

O qeyd edib ki, H5N8 yüksək patogenli "quş qripi" yalnız quşları öldürür: “Əhaliyə müraciət edib bildirmək istəyirəm ki, narahatlığa heç bir əsas yoxdur. Virusun bu tipi yalnız quşları öldürür. Yaxşı olardı ki, ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın”.

 

Qeyd edək ki, DBNX-da Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün İrandan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması məqsədi ilə əmr imzalanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini sirke tursusundan zeherlenib
    Goranboy sakini sirkə turşusundan zəhərlənib
  • denizde batan iki gencin meyiti tapilib
    Dənizdə batan iki gəncin meyiti tapılıb
denizde batan iki gencin meyiti tapilib denizde batan iki gencin meyiti tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ