Gəncədə II Salxım Dequstasiya Müsabiqəsi keçirilir

Sabah Gəncədə IV Beynəlxalq Şərab Festivalının  rəsmi açılış mərasimi keçiriləcək.

 

APA-nın məlumatına görə,  Festivalın keçirilməsində məqsəd şərab istehlakı mədəniyyətini formalaşdırmaq, çaxır ənənələrini qoruyub saxlamaq, təbliğ etmək, yerli çaxır bazarı iştirakçılarını birləşdirmək, çaxır məhsullarını nümayiş etdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasına dəstək verməkdən ibarətdir.

 

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 1IV Beynəlxalq Şərab Festivalı çərçivəsində II Salxım Dequstasiya Müsabiqəsi keçirilir. II Salxım Dequstasiya Müsabiqəsi Azərbaycan Dövlət Aqrar Universitetinin Qida Məhsulları Mühəndisliyi və Ekspertiza kafedrasında təşkil edilib. Dequstasiyada beynəlxalq və yerli münsiflər tərəfindən Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl və Abşeronda yerləşən müəssisələrin istehsalı olan 30 növ şərab, 16 münsif tərəfindən 100 ballıq sistemi ilə qiymətləndirilir. Bununla yanaşı, kulinariya şousu, Gəncənin təndir çörəyi və yerli pendirlərin dequstasiyası da baş tutacaq.

 

Sabah isə Gəncədə yerli, o cümlədən Ukrayna, Moldova, Fransa, Bolqarıstan, Gürcüstan, Meksika, Braziliya, Rusiya, Belarus və digər ölkələrdən olan qonaqların iştirakı ilə IV Beynəlxalq Şərab Festivalının rəsmi açılış mərasimi baş tutacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kecmis telekanal rehberinin cayda batan oglunun meyiti tapilib yenilenib
    Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıl...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ