Gəncədə “Süd və süd məhsulları” zavodu inşa olunacaq

gencede sud ve sud mehsullari zavodu insa olunacaq

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Belarus nümayəndə heyətini qəbul edib.

 

APA-nın qərb bürosunun məlumatına görə, görüş çərçivəsində Gəncədə  “Süd və süd məhsulları” zavodunun inşası məqsədilə memorandum imzalanıb. Belarus Kənd Təsərrüfatı Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin imzaladığı memoranduma əsasən Gəncədə aqrar-sənaye kompleksi tikiləcək. 6 min hektar ərazini əhatə edəcək zavodun 2017-ci ildə tikilib təhvil verilməsi nəzərdə tutulub.

 

E. Vəliyev bildirib ki, aqrar-sənaye kompleksin tikintisinə belaruslu mütəxəssislərin cəlb olunması bu sahənin inkişafına təkan verəcək. 

 

Belarusun Kənd Təsərrüfatı nazirinin birinci müavini Mariniç Leonid Adamoviç vurğulayıb ki, layihənin icra ediləcəyi ərazidən torpaq nümunələri götürülərək onun məhsuldarlığı və kimyəvi elementləri yoxlanılacaq. Zavodda iri buynuzlu heyvanlardan alınan süddən yerli əhali və region əhalisi üçün süd və süd məhsulları istehsal olunacaq.

 

Xatırladaq ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Belarusa işgüzar səfəri çərçivəsində kombinatın tikintisi ilə bağlı razılıq əldə olunub. İcra başçısını və rəhbərlik etdiyi nümayəndə heyətini Belarusun baş nazirinin müavinləri Mixail Rusıy və Vladimir Semaşko qəbul ediblər. Görüş zamanı Gəncə şəhərində aqrar-sənaye kompleksinin inşa olunması üçün birgə işçi qrupu yaradılıb.

 

Azər Məmmədli

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ