KTN Strateji Yol Xəritəsi çərçivəsində 170-dək təbdir icra edəcək

ktn strateji yol xeritesi cercivesinde 170 dek tebdir icra edecek

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"nin Kənd Təsərrüfatı Nazirliyi üzrə icrasını təmin etmək məqsədi ilə Tədbirlər Planı təsdiqlənib. Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, nazir Heydər Əsədov bununla bağlı müvafiq əmr imzalayıb.

 

Nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsi və bu sahədə ortaya çıxan problemlərin aradan qaldırılmasına köməklik göstərilməsi məqsədilə İşçi qrupu yaradılacaq, həmçinin "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planı əsas götürülməklə qurumun strukturuna daxil olan və tabeliyindəki qurumların strateji inkişaf planlarının layihələri, habelə strateji yol xəritələrinin icra vəziyyətinə dair monitorinqin aparılması üçün qiymətləndirmə meyarlarının (indikatorların) müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanacaq.

 

Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret hədəflər, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilib.

 

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi üzrə hədəfləri və prioritet istiqamətləri əhatə edən 177 tədbir nəzərdə tutulur. Tədbirlərin 169-u bilavasitə adıçəkilən qurum tərəfindən icra olunmalı və ya onun iştirakı ilə həyata keçirilməlidir.

 

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində nəzərdə tutulan tədbirlər üzrə əlaqələndirici funksiyalarını Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida bir gunde 616 eded partlamamis herbi sursat askarlanib
    Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat aşkarla...
  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
goranboy sakini yaniq xesaretleri alib goranboy sakini yaniq xesaretleri alib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ