Nazir Heydər Əsədov bəzi məhsulların bahalaşmasına aydınlıq gətirib

nazir heyder esedov bezi mehsullarin bahalasmasina aydinliq getirib

Kənd təsərrüfatı naziri Heydər Əsədov son zamanlar bəzi kənd təsərrüfatı məhsullarının bahalaşmasına münasibət bildirib.

 

 

APA-Economics” xəbər verir ki, nazirin sözlərinə görə, qiymətin formalaşmasına müxtəlif aspektlərdən yanaşmaq lazımdır: “Bütün məhsulların, əmtəələrin qiyməti digərlərinə nisbətən formalaşır. Hansısa məhsul satılarsa, onun müqabilində digər əmtəənin alınması nəzərdə tutulur. Yadınızdadırsa, manatın devalvasiyasından qabaq ətin qiyməti 7-8 manat idi. Həmin 7-8 manat 9-10 dollara bərabər idi. Bu gün isə ətin qiyməti 10-12 manat arasında tərəddüd edir.

 

Düzdür, bəzi kütləvi informasiya vasitələri bunu çox şişirdir və iddia edir ki, ətin qiyməti 10-19 manatdır. Populizmə yol vermək olmaz. Müqayisə etsək, 10-12 manat 6-7 dollar təşkil edir. Yəni dünən 9-10 dollara olan ət bu gün 6-7 dollara satılır. Amma siz deyə bilərsiniz ki, ət yerli istehsal olan məhsuldur və bu səbəbdən qiymət sabit qalmalıdır. Mən bununla razı deyiləm. Bir daha qeyd edirəm ki, bütün istehsal olunan məhsullar istehlakla yanaşı digər əmtəələrə mübadilə olunmaq üçündür. Yəni onun qarşılığında digər malların alınması üçün istehsal olunur. Ət satan insan qarşılığında soyuducu, televizor və yaxud xarici valyuta ilə idxal olunan digər məhsulların alınması, ehtiyaclarının ödənilməsi üçün xərc çəkir. Mən hesab etmirəm ki, ətin qiymətində bu gün ciddi artım var. Devalvasiyadan sonrakı tendensiya göstərir ki, kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artım yoxdur”.

 

 

Nazir əlavə edib ki, mətbuat ancaq bahalaşmanı işıqlandırır, bir sıra məhsulların ucuzlaşmasına isə göz yumur: “Siz hər dəfə ətin bahalaşması ilə bağlı azı 5 sual verirsiniz. Lakin kartofun ucuzlaşmasına toxunan yoxdur. Heç kim qeyd etmir ki, ötən il kartofun 1 kiloqramının qiyməti 1 - 1,2 manat idi, hazırda isə 55 qəpikdir. O da yadınızdan çıxır ki, 1 - 1,5 manat olan 1 kiloqram soğan hazırda 15 qəpiyə satılır. Çox maraqlı yanaşmadır. Mətbuat rəqəmləri, informasiyanı, tendensiyanı dolğun, ətraflı təqdim etməlidir. Bir daha qeyd edirəm ki, məhsulların qiymətinə bir çox amillər təsir edir. Bəzi məhsullar bahalaşır, lakin bəzi məhsullar ucuzlaşır. Amma nədənsə jurnalistlər ancaq bahalaşmanı görür”.

 

Son zamanlar manatın bahalaşmasının qiymətlərə müsbət təsiri barədə suala isə nazir bu cür cavab verib: “Hələlik manat vur-tut 3-5% bahalaşıb. Yəqin ki, bir müddət sonra bunun təsiri barədə real nəticələri görəcəyik”.

 

H. Əsədov onu da qeyd edib ki, ətin bahalaşmasına təsir edən amillərdən biri də bayramqabağı tələbatın artmasıdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdamda avtomobil piyadani vurub
    Ağdamda avtomobil piyadanı vurub
  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ