Nazir: "Sahibkarların hər bir məsələdə dövlətdən güzəşt və subsidiya istəməsi düzgün deyil"

nazir sahibkarlarin her bir meselede dovletden guzest ve subsidiya istemesi duzgun deyil

"Bizim strateji məqsədimiz əkin sahələrini qorumaq və əkin sahələrinin sənaye sahəsinə çevirməməkdir". "APA-Economics" xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda Kənd Təsərrüfatı naziri Heydər Əsədov deyib.

 

"Biz bu məsləyə diqqətlə yanaşmasaq, əkin sahələrinin çox ciddi azaldılması problemi ilə üzləşə bilərik. Əkin sahələrinin fərdi yaşayış evləri kimi və digər sənaye təyinatlı istifadəsinə yol vermək olmaz. Bu məsələyə fərdi qaydada və diqqətlə yanaşmaq lazımdır. Bizim strateji xəttimiz əkin sahələrinin həcmini artırmağa yönəlib. Yalnız kənd təsərrüfatına yararsız torpaq sahələri sənaye təyinatı üçün istifadə edilməlidir və biz bunu təklif edirik", - deyə H. Əsədov vurğulayıb.


Nazir sahibkarların hər bir məsələdə dövlətdən güzəşt və subsidiya istəməsini düzgün saymır: "Siz (sahibkarlar - red.) deyirsiniz ki, manatın devalvasiyası səbəbindən güzəşt istəyirsiniz. Amma siz dövlət tərəfindən uzunmüddətli verilən texnika və damazlıq heyvanlara görə ödənilən məbləğdə devalvasiya amilini nəzərə almırsınız. Damazlıq heyvana görə dövlət məbləğin 50%-ini birbaşa silir. Sahibkarlar məbləğin 25%-ini ödəyirlər, amma qalan 25%-ini ödəmirlər. Texnika ilə bağlı məbləğin 40%-ini dövlət ödəyir. Sahibkar bu məbləğin 60%-ini ödəməlidir. Sahibkar ilkin olaraq 20%-ini ödəyir, 40%-ini isə 10 il ərzində faizsiz ödəməsinə şərait yaradılır. Amma sahibkar bu vəsaiti ödəmir".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • baki seheri 8 nomreli tam orta mektebe kerim kerimovun adi verilib
    Bakı şəhəri 8 nömrəli tam orta məktəbə Kərim Kərimovun adı v...
  • uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib
    Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb...
uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib uzeyir hacibeyli ix beynelxalq musiqi festivali basa catib +2
MƏZƏNNƏ
FOREX
/ 27 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.016
 
RR
0.0296
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ