Nazirlik Tovuzda kartof toxumlarının cücərməməsinin səbəblərini açıqlayıb

nazirlik tovuzda kartof toxumlarinin cucermemesinin sebeblerini aciqlayib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri  Tovuz rayonu, Alakol kənd sakinləri Mübariz Abbasov və Fərman Yəhyayevin müraciəti əsasında həmin kənddə olublar.


Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, baxış zamanı müəyyən olub ki, havaların soyuq keçməsi nəticəsində sahələrdə əkin zamanı dərinə düşmüş toxumların cücərməsi və bitkilərin inkişafı ləngiyib. Fermerlərlə aparılan söhbət zamanı toxumların cücərməsində yaranan problemlərin əsas səbəbləri aydın olub. Belə ki, kartof məhsulunun Rusiyanın Kemerovo vilayətindən ərzaqlıq məqsədilə gətirildiyi, ancaq toxumluq materialı kimi istifadə olunduğu, eyni zamanda Qərb bölgəsində kartof bitkisinin optimal əkin müddəti 5-20 mart tarixlərində həyata keçirildiyi halda, fevralın 1-dən etibarən əkildiyi məlum olub. 

 

Söhbət zamanı məlum olub ki, səpin vaxtı aqrotexniki qaydalara əməl olunmaması, torpağın düzgün hazırlanmaması, toxumun əkini zamanı cərgələrin dərinliyinin düzgün seçilməməsi, toxumun dərin basdırılması, torpaq örtüyünün qalın olması və torpaqda temperaturun çoxillik normadan aşağı olması kartofun vaxtında cücərməməsinə səbəb olub.

Mütəxəssislər əkin sahələrindən toxum, bitki və torpaq nümunələri götürərək analiz məqsədi ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinə təqdim ediblər. Müvafiq laboratoriyalarda aparılan müayinələr zamanı nümunələrdə kartof bitkisinin inkişafına mənfi təsir edən xəstəlik və zərərvericilər aşkar olunmayıb.

Aparılan araşdırmalardan sonra mütəxəssislər fermerlərə və təsərrüfat sahiblərinə ərzaqlıq kartof məhsulundan toxum materialı kimi istifadə edilməsinin düzgün olmadığını, sertifikatlı kartof toxumundan istifadənin üstünlükləri, həmçinin səpin normaları, becərmə üsulları, xəstəlik və zərərvericilərlə mübarizə tədbirləri barədə geniş məlumat veriblər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:02 19 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gazelli sirketinin huquqsunasi yangin zamani hec kim xesaret almayib
    "Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəs...
  • baki supsa neft kemerinden ogurluga cehd olub
    Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
baki supsa neft kemerinden ogurluga cehd olub baki supsa neft kemerinden ogurluga cehd olub +2
MƏZƏNNƏ
FOREX
/ 19 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0368
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ