Yevlax və Ağdaşda sahələrin təsərrüfat suyu ilə təchizatı yaxşılaşdırılır

yevlax ve agdasda sahelerin teserrufat suyu ile techizati yaxsilasdirilir

Kənd Təsərrüfatı Nazirliyi Ağdaş və Yevlax rayonlarında 75 min hektaradək sahədə təsərrüfatların suya olan tələbatının ödənilməsini yaxsılaşdırmaq məqsədilə suvarma-drenaj infrastrukturunun təmir-bərpası işlərinə start verib.

 

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, Nazirliyin Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi  çərçivəsində həyata keçirdiyi təmir-bərpa işləri Yevlax rayonunda yaxın günlərdə başlayacaq. Kənd infrastrukturunun inkişafı və sudan istifadə edənlər birliklərinə dəstək məqsədi ilə həyata keçirilən layihə nəticəsində Yevlax rayonunun Ərəş, Havarlı, Aydınlıq, Altunsu, Qaraməmmədli, Qoyunbinəsi, Qarabağ, Zəm-zəm və Salahlı ərazisində suvarma-drenaj infrastrukturu təmir və bərpa ediləcək.

 

Təsərrüfatların təsərrüfat suyunu vaxtında və qənaətlə əldə etməsi istehsal edilən məhsullar üzrə orta məhsuldarlıq göstəricilərinin artmasına səbəb olacaq. Analoji işlər Ağdaş rayonunun Ləki, Ərəbocaq, Ağzıbir, Abad, Şəmsəbad, Kükəl, Mürsəl və Nemətabad ərazisində də aparılacaq.

 

Layihə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihə və Kreditlərinin İdarə edilməsi Xidməti tərəfindən icra edilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ