Qəbələdə aşkarlanmış mənşəyi bəlli olmayan at əti zərərsizləşdirilib

Daxili İşlər Nazirliyinin Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "VAZ-2106" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinə Qəbələ rayonu Məmmədağalı kəndindən İsmayıllı-Qəbələ magistral yoluna çıxarkən baxış keçirilib.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində mənşəyi bəlli olmayan, dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş əti aşkar olunub.

 

Avtomobilin yük yerinə necə gəldi yığılmış, antisanitar şəraitdə daşınan, üfunətli iy verən, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq baxışından keçməyən dərisi soyulmamış at ətindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

 

Avtomobildə aşkar olunan şaqqalara bölünən at cəmdəyi müayinələr başa çatana kimi Qəbələ Rayon Baytarlıq İdarəsinin soyuducu kamerasına yığılaraq müvəqqəti saxlanca qoyulub. Baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

 

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkarlanıb. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.

 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.

 

Qərara uyğun olaraq aprelin 28-də aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə kütləvi informasiya vasitələrinin və  aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ