Türkiyə Azərbaycana yumurta ixracını artırmaq istəyir

turkiye azerbaycana yumurta ixracini artirmaq isteyir

2016-cı ildə Türkiyə yumurta ixracını 5,8% artırıb. "APA-Economics" xəbər verir ki, bu barədə Türkiyənin Yumurta İstehsalçıları Birliyinin rəhbəri Hasan Konya bildirib.

 

Onun sözlərinə görə, ötən il Türkiyə 290,190 mln. dollarlıq yumurta ixrac edib. 2015-ci ildə qonşu ölkə yumurta ixracından 274,889 mln. dollar əldə edib.

 

H. Konyanın sözlərinə görə, Türkiyə ən çox Yaxın Şərq, Fars körfəzi ölkələrinə, o cümlədən Azərbaycan və Gürcüstana yumurta ixrac edib: "Ümumilikdə, 20-dək ölkəyə yumurta ixrac edirik. Qonşu ölkələrin iqtisadi durumu normallaşdıqdan sonra ixracı artırmaq niyyətindəyik".

 

Birliyin rəhbəri əlavə edib ki, ötən il Türkiyədə 19 mlrd. ədəd yumurta istehsal edilib, bunun təxminən 30%-i ixrac olunub.

 

"Bu il 400 mln. dollarlıq yumurta ixrac etmək niyyətindəyik", - deyə o bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini sirke tursusundan zeherlenib
    Goranboy sakini sirkə turşusundan zəhərlənib
  • denizde batan iki gencin meyiti tapilib
    Dənizdə batan iki gəncin meyiti tapılıb
denizde batan iki gencin meyiti tapilib denizde batan iki gencin meyiti tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ