ABŞ-da hasilatın artması nefti ucuzlaşdırır

abs da hasilatin artmasi nefti ucuzlasdirir

Dünya birjalarında neft ucuzlaşıb.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar və ya 0,43% azalaraq 53,10 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,36% azalaraq 55,70 dollar olub.

 

Neftin ucuzlaşmasına səbəb ABŞ-da hasilatın artmasıdır. Bununla yanaşı, investorlar Rusiya tərəfindən hasilatın azaldılmasına şübhə ilə yanaşırlar.

 

Hazırda bazar iştirakçılarının diqqəti ABŞ-ın Hyuston şəhərində keçiriləcək "CERAWeek" konfransına yönəlib. Konfransda neft sahəsinin liderləri iştirak edəcəklər.

 

"Baker Hughes" servis şirkətinin açıqladığı statistikaya əsasən, ötən həftə ərzində ABŞ-da neft buruqlarının sayı ard-arda 7-ci həftədir artır. Arxada qoyduğumuz həftə ərzində neft buruqlarının sayı 7 ədəd artaraq 609-a çatıb.

 

Bununla yanaşı, yanvar ayı ilə müqayisədə fevralda Rusiyada sutkalıq neft hasilatı 0,018% azalaraq 11,11 mln. barrel təşkil edib. Beləliklə, fevralda orta sutkalıq hasilat oktyabr ayı ilə müqayisədə 1,077% və 121 min barrel azalıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ