ARDNF bu il hərraclarda 3 mlrd. dollardan çox vəsait satıb

ardnf bu il herraclarda 3 mlrd dollardan cox vesait satib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) noyabr ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.


ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 208,9 mln. dollar məbləğində vəsait satılıb.


Cari ilin oktyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 318,7 mln. dollar satıb. Beləliklə, oktyabr ayı ilə müqayisədə noyabrda Fond tərəfindən satılan valyutanın həcmi 34,45% azalıb.


Ümumilikdə, yanvar-noyabr ayları ərzində ARDNF valyuta hərraclarında 3 mlrd. 13,32 mln. dollar satıb.


Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan misir hokumetlerarasi komissiyasinin iclasi kecirilib
    Azərbaycan-Misir hökumətlərarası komissiyasının iclası keçir...
  • bakida iki avtomobil toqqusub
    Bakıda iki avtomobil toqquşub
bakida iki avtomobil toqqusub bakida iki avtomobil toqqusub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0865
 
RR
0.03