ARDNF bu il hərraclarda 543,4 mln. dollar satıb - YENİLƏNİB

ardnf bu il herraclarda 543 4 mln dollar satib yenilenib
Yanvarla müqayisədə fevralda satışlar azalıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yanvar-fevral ayları ərzində Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərraclarında 543,4 mln. dollar məbləğində vəsait satıb.

 

"APA-Economics" ARDNF-in bu gün açıqladığı məlumata istinadən xəbər verir ki, fevralda keçirilən hərraclarda satılan valyutanın həcmi 258,4 mln. dollar təşkil edib.

 

Bundan öncə açıqlanan məlumata əsasən isə yanvar ayı ərzində Fond valyuta hərraclarının iştirakçılarına 285 mln. dollar satıb.

 

Rəqəmlərin müqayisəsi göstərir ki, yanvar ayı ilə müqayisədə ötən aykeçirilən  valyuta hərraclarında satılan vəsaitin məbləği 9,3% azalıb.

 

Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

 

 

*** SAAT 14:16

 

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fevral ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.


ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 258,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ