“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

investaz dan dunya maliyye bazarlari ile bagli heftelik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Foreks bazarlarında EUR/USD məzənnəsi 1.09$-ın üzərində ticarət edilməkdədir və avro bu səviyyənin üzərində qaldıqca, 1.0957 və 1.0980$-a kimi də bahalaşa bilər.

Bununla yanaşı bu həftənin çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiya səviyyəsi də, məzənnəyə güclü təsir edə biləcəyi gözləntiləri fonunda investorların diqqət mərkəzindədir.

GBP

GBP/USD valyuta cütlüyünün qiyməti də keçən həftənin cümə günündən etibarən bahalaşmağa başlayıb. Artıq cari həftənin əvvəlində 1.2900$-a kimi bahalaşan qiymət, bu səviyyənin üzərində qalarsa, 1.2930 və 1.2950$-a kimi də bahalaşa bilər. Bu həftə açıqlanacaq Böyük Britaniyanın inflyasiya, işsizlik və pərakəndə satış dövriyyəsi ilə bağlı məlumatları da investorlar böyük maraqla gözləyirlər.

TRY

Türkiyə maliyyə bazarlarında isə Türk lirəsi 3.56 lirəyə kimi bahalaşıb və 3.54 lirəyə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Türkiyə Mərkəzi Bankının siyasətini sərtləşdirməsi gözləntiləri, ölkənin Avropa Birliyi ilə münasibətlərində yaxşılaşma və digər siyasi amillər Türk lirəsinin bahalaşmasına təsir edən amillərdir.

OIL

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti də gözlənildiyi kimi 52$-a kimi dəyər qazanıb. Beləliklə, qiymət 51.60$-ın üzərində möhkəmlənərsə, 53.75$-a kimi də dəyər qazana bilər. Amerikanın neft ehtiyatlarında və digər neft istehsalı ölkələrinin hasilatlarında azalma, neftə olan tələbin artmasına işarədir.

GOLD

Foreks bazarlarında dolların ucuzlaşması, əlvan metallar bazarında qızıl qiymətlərinin də bahalaşmasına səbəb olub. Bazar ertəsi 1230$-a (39.5 $/qram) ticarət olunan qızılın bir unsiya üzrə qiymətinin gələcək günlər ərzində 1245$-a (39.9 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

 

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

 

 

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

 

 

_____________________________________________________________________________

 

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ