® Azercell Karyera Sərgisində iştirak etdi

2 Mart 2017-ci il tarixində ADA-da 5-ci Karyera Sərgisi keçirilib. Bu sərgidə Azercell Telekom MMC də iştirak edərək ayrıca stendi ilə  yarmarka iştirakçılarının xidmətində olub. Şirkət nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunlar üçün informasiya sessiyaları təşkil ediblər və şirkətdə mövcud olan vakansiyalar barədə sərgi iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Qeyd edək ki, Azeronline şirkəti də sərgidə iştirak edib.

 

Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

 

Tədbirin keçirilməsində məqsəd öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir.

 

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur.

 

Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.

 

Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də məhz təhsillə bağlıdır, bu istiqamətdə şirkət aparıcı universitetlərlə əməkdaşlıq edir, həmin təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ramil quliyev men iki olkenin bayragini ucaltmisam musahibe
    Ramil Quliyev:“Mən iki ölkənin bayrağını ucaltmışam”-MÜSAHİB...
  • azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib
    Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçiri...
azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib azerbaycan ve abs herbi tibb mutexessislerinin gorusu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ