® “Renessans Palace”da endirimlə cəmi 15 mənzil qalıb

174 renessans palace da endirimle cemi 15 menzil qalib

“Renessans Palace” premium klass yaşayış kompleksində endirimlə təklif olunan 51 mənzildən satışda cəmi 15-i qalıb.

 

APA-Economics” xəbər verir ki, mənzillərə möhtəşəm endirim tətbiq olunması ilə əlaqədar olaraq, kampaniyanın elan olunduğu bir ay müddətində mənzillərin böyük hissəsi artıq satılıb.

 

Qeyd edək ki, “Renessans Palace”da endirimlə mənzil almaqla alıcı hər 1 kvadratmetr qiymətində 300 manat, bir mənzilin qiymətində isə 55 000 manatadək qazanmaq şansı əldə edir. Beləliklə, kampaniyanın qüvvədə olduğu son 14 gündə mənzil almaqla alıcı 17%-dək qazanc əldə edəcək. Premium klass mənzil arzusunda olan hər bir insan üçün bu əla fürsətdir. Ancaq bu imkandan istifadə etmək istəyənlər tələsməlidirlər – 31 may kampaniyanın son günüdür.

 

“Renessans Palace”da endirimlə təklif olunan mənzillər sizi əsl premium standartlarla təmin edəcək. 1,5 ha sahəsi olan nəhəng parkda yaşıllıqlar, ekzotik ağaclar, süni göl, tennis kortu, idman meydançası, idman qurğuları, qaçış və velosiped zolaqları salınacaq. Premium yaşayış kompleksinin gənc sakinləri üçün uşaq oyun meydançası yaradılacaq.

 

Qranit daim uzunömürlülük və zənginlik simvolu hesab olunub. Təsadüfi deyil ki, hətta antik dövrlərdə qranitdən inşa edilən tikililər bu günədək öz zahiri görünüşünü qoruyub saxlayıb. Qranit çox bahalı olsa da, “Renessans Palace”ın tikintisini həyata keçirən “AS Group Investment” Şirkətlər qrupu kommersiya mərtəbələrində fasadı bu materialla üzləyib. Bu, kommersiya mərtəbələrində görülən fasad işlərinin qiymətini 8 dəfə, ümumi fasad işlərinin qiymətini 4 dəfə bahalaşdırıb.

 

“Renessans Palace”da hətta texnoloji cəhətdən inkişaf etmiş Yaponiyada da tikilinin yüksək statusuna dəlalət edən “Mitsubishi” markalı liftlər sizin xidmətinizdə olacaq. Sürəti 1,75 m/san olan bu liftlər, hər mərtəbəsində maksimum 3-4 mənzil olan “Renessans Palace” yaşayış kompleksinin sakinlərini lift qayğısından azad edəcək.

 

“Renessans Palace”da sizin avtomobiliniz üçün də “mənzil” inşa edilib. Üçmərtəbəli yeraltı parkinqdə həm kompleksin sakinləri, həm də qonaqları üçün kifayət qədər parkinq yeri var.

 

Endirimli mənzilləri həm 100% ödəniş, həm də daxili kreditlə əldə edə bilərsiniz. Kampaniya haqqında ətraflı məlumat almağa tələsin!

 

Tel: (+994 12) 538 29 77 / 78

Mob: (+994 50) 715 88 88

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ