"Air Arabia" iyundan Şarjadan Bakıya hər gün uçacaq

air arabia iyundan sarjadan bakiya her gun ucacaq

"İyun ayının ortalarından etibarən "Air Arabia" aviaşirkəti Şarja-Bakı-Şarja marşrutu üzrə hər gün uçuşlar yerinə yetirəcək". "APA-Economics" xəbər verir ki, bunu Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib.

 

Onun sözlərinə görə, həmin vaxtadək "Air Arabia" şirkəti bu istiqamətdə həftədə 4 dəfə uçacaq.

 

A.Məmmədov qeyd edib ki, Novruz bayramı ilə əlaqədar bu istiqamətə böyük tələbat var. A.Məmmədov əlavə edib ki, ehtiyac yarandığı halda bayram günlərində uçuşların sayı artırıla bilər.

 

Orta Şərqin və Şimali Afrikanın ilk, eyni zamanda ən böyük aşağı büdcəli aviaşirkəti "Air Arabia" bu gün səhər saatlarında Bakıya ilk aviareysini həyata keçirib.

 

"APA-Economics" xəbər verir ki, aviareysin ilk sərnişinləri arasında "Air Arabia" şirkətinin rəhbəri Şeyx Abdulla Bin Məhəmməd əl-Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, o cümlədən Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) və BƏƏ-nin Bakıdakı səfirliklərinin əməkdaşları da olub.

 

İlk aviareys BƏƏ vaxtilə 09:00-da Şarja Beynəlxalq Hava Limanından həyata keçirilib. Bakıda sərnişinlər ənənəvi su fəvvarəsi qurşağı ilə qarşılanıb.

 

İlk aviareyslə bağlı rəsmi tədbir təşkil olunub və tədbir iki gün davam edəcək.

 

Azərbaycan hökumətinin turizm sektorunun inkişafına önəm verdiyini qeyd edən "Air Arabia" rəsmiləri bildirib ki, yeni marşrut bu sahənin inkişafına öz töhfəsini verəcək.

 

Qeyd edək ki, "Air Arabia" bu istiqamətdə uçuşları həftədə dörd dəfə və iki uçuş vaxtı tezliyi ilə yerinə yetirəcək. Cümə axşamı və bazar günləri uçuş Bakının Heydər Əliyev Beynəlxalq hava Limanından səhər saat 11:30-da qalxan təyyarə Şarja Beynəlxalq Hava Limanına yerli vaxtla 14:10-da enəcək. Əks istiqamətdə uçuşlara gəlincə, cümə axşamı və bazar günü BƏƏ vaxtilə 07:55-də qalxan təyyarə Bakıya 10:55-də eniş edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:04 17 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida indoneziyanin musteqilliyinin ildonumu ile elaqedar merasim kecirilib
    Bakıda İndoneziyanın müstəqilliyinin ildönümü ilə əlaqədar m...
  • islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib
    “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı müba...
islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ