Azərbaycan şərabları "Prowein" sərgisində təqdim olunacaq

Azərbaycan məhsulları ilk dəfə olaraq "Made in Azerbaijan" vahid ölkə stendi ilə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Prowein" sərgisində nümayiş olunacaq.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 19-21 mart tarixlərində keçiriləcək "Prowein" sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şərabları və spirtli içkiləri təqdim ediləcək.

 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Düsseldorfda keçiriləcək "Prowein" sərgisində iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 9 şirkət sərgidə iştirak hüququ qazanıb. "Prowein" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendinin təşkili xərcləri Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, dövlət tərəfindən qarşılanır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ