Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi neftçilərə xidmət edəcək sərnişin gəmisinin təmirinə başlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “MPK-460” sərnişin gəmisi  “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb.

 

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, qısa vaxtda gəminin sükan-pər qurğusu açılıb, pərvanələr balanslaşdırılıb, lövbər və zəncirləri rənglənərək yerinə yığılıb. Hazırda gəminin gövdəsi pasdan təmizlənir.  İşlərin yekununda isə uzunluğu 34, eni 7 metr olan gəminin bütün sualtı hissəsi rənglənəcək.

 

Xəzər Dəniz Neft Donanmasında istismar edilən 66 sərnişin tutumuna malik gəminin maksimal sürəti 11-12 üzeldir. Neftçilərin və çox da ağır olmayan yüklərin Neft Daşları və platformalara daşınmasını həyata keçirən gəminin yaxşı manevr qabiliyyəti estakadaların arasında effektiv idarəsinə imkan verir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • suriyada rusiya ordusunun generali helak olub
    Suriyada Rusiya ordusunun generalı həlak olub
  • ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya
    Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət ...
ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya ucarda niva yuk masini ile toqqusub 3 nefer agir xesaret alib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 25 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ