Azərbaycanda gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar haqqında elektron qaydada məlumat əldə ediləcək

azerbaycanda gomruk resmilesdirilmesi basa catmamis mallar haqqinda elektron qaydada melumat elde edilecek

Dövlət Gömrük Komitəsi “Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi üzrə inzibati reqlament”i təsdiq edib.

 

APA-nın məlumatına görə, fevralın 10-dan qüvvəyə minmiş reqlamentə əsasən Dövlət Gömrük Komitəsi tərəfindən "www.e-gov.az" və "dgk.gov.az/az/e-xidnew.html" elektron ünvanlarında təqdim edilən elektron xidmət vasitəsilə Azərbaycanda qeydiyyatdan keçmiş xarici ticarət iştirakçıları onlara ünvanlanmış (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) əsasında), gömrük sərhəd buraxılış məntəqələrindən respublika ərazisinə buraxılmış, lakin gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar haqqında məlumatları əldə edə bilərlər.

 

Xidmət istifadəçilər üçün daim açıqdır. Xidmət istifadəçilərinin gücləndirilmiş elektron imzası olmalıdır. Sorğu istifadəçinin gücləndirilmiş elektron imzasında göstərilən VÖEN əsasında avtomatik olaraq formalaşdırılır. İstifadəçinin gücləndirilmiş elektron imzası əsasında formalaşdırılmış sorğu sistem tərəfindən avtomatik olaraq qəbul edilir. Sorğunun yerinə yetirilməsindən imtina halları nəzərdə tutulmayıb.

 

Sorğunun icrası nəticəsində istifadəçilər real vaxt rejimində elektron xidmət vasitəsilə onlara ünvanlanmış, gömrük sərhəd buraxılış məntəqələrindən ölkə ərazisinə buraxılmış, lakin gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar haqqında məlumatları əldə edə bilərlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mecburi kockun ailelerinin terterdeki yeni seherciye kocurulmesine baslanilib
    Məcburi köçkün ailələrinin Tərtərdəki yeni şəhərciyə köçürül...
  • erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq
    Ərdoğan: “Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alın...
erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301