Azərbaycanda internet provayderlərin və operatorların uçotu aparılacaq

azerbaycanda internet provayderlerin ve operatorlarin ucotu aparilacaq

Azərbaycanda internet telekommunikasiya xidməti göstərən provayderlərin və operatorların uçotu aparılacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Telekommunikasiya haqqında" qanuna əlavələrin edilməsi təklif olunur.

 

Layihəyə əsasən, qanunun 6-cı maddəsinə (Telekommunikasiya fəaliyyətinin dövlət tənzimlənməsi) "internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması" adlı bənd də əlavə edilir.

 

Bundan başqa layihəyə görə, qanuna yeni 13-1 maddəsi (İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu) də salınır. Yeni maddədə bildirilir ki, "internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmalıdırlar, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində məlumat verilməlidir. İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılır".

 

Bununla bağlı qanuna daha 33.1.9-1 maddəsi əlavə edilir: "Qanunun 13-1 maddəsinin sonuncu hissəsində nəzərdə tutulmuş qaydada uçota durmaq, habelə uçot məlumatlarında baş vermiş dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətinə məlumat vermək".

 

Əlavə edilən digər 33.1.9-2-də isə deyilir ki, “müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin və ya hüquq mühafizə orqanlarının sorğularına 3 iş günündən gec olmayaraq cavab vermək və tələb olunan məlumatları təqdim etmək (bu müddətdə həmin informasiyanın aktuallığını itirməsi ilə əlaqədar  sorğunun təcili olması barədə sorğu verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab vermək)”.

 

Eyni zamanda qanuna əlavə edilən digər 43.4-cü maddədə göstərilir ki, “İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətinə müvafiq icra hakimiyyəti orqanında uçota durmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.

 

Digər yeni 43.5-ci maddədə isə bildirilir ki, “İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər uçota alınması üçün zəruri sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində yenidən müraciət etmədikdə və ya uçot məlumatlarında baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına dəyişikliyin baş verdiyi gündən 10 gün müddətinə məlumat vermədikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.

 

Layihənin keçid müddəasında isə bildirilir ki, qanunun 13-1 maddəsinin sonuncu hissəsində nəzərdə tutulmuş qaydalar qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər həmin qaydaların qüvvəyə mindiyi tarixdən sonrakı 2 ay ərazində müvafiq icra hakimiyyəti orqanına müraciət edərək uçota durmalıdırlar.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və martın 7-də müzakirəyə çıxarılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:04 17 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida indoneziyanin musteqilliyinin ildonumu ile elaqedar merasim kecirilib
    Bakıda İndoneziyanın müstəqilliyinin ildönümü ilə əlaqədar m...
  • islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib
    “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı müba...
islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ