Azərbaycanda mobil rabitə xidmətləri üzrə lisenziyalar müddətli veriləcək

azerbaycanda mobil rabite xidmetleri uzre lisenziyalar muddetli verilecek

Bu gün Milli Məclisin son iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik müzakirə olunub.

 

APA-Economics”in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihədə “Lisenziyalar və icazələr haqqında” qanuna 22.1-1 maddəsinin əlavə edilməsi təklif olunur.

 

Yeni maddəyə əsasən, qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 4-1 maddəsi (sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) əlavə edilir, bu bənd üzrə tələb olunan lisenziya 10 il müddətinə verilir.

 

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

Xatırladaq ki, Azərbaycanda hazırda bütün sahələr üzrə lisenziyalar (icazə) müddətsiz verilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ