"Azərsu" tender keçirir

azersu tender kecirir

"Azərsu" ASC daxili vəsaiti hesabına su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaların aradan qaldırılmasından sonra asfalt-beton örtüyünün bərpası işlərinin satınalınması məqsədilə açıq tender elan edib.

 

"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" qanuna uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

 

Tenderdə iştirak haqqı 300 manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçı yazılı şəkildə imzalanmış və möhürlənmiş tender təklifini (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) 13 oktyabr 2017-ci il saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidir. Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçı tender təklifinin ümumi qiymətinin 2 faizi həcmində bank təminatını (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır, köçürmə və ya bank zəmanəti şəklində) təqdim etməlidir.

 

Təklif zərfləri “Azərsu” ASC-nin Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanda yerləşən binasında 16 oktyabr 2017-ci il saat 16:00-da açılacaq. İddiaçılar və onların  səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • novxanida avtoq za olub xesaret alan var
    Novxanıda avtoqәza olub, xəsarət alan var
  • cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib
    Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb...
cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib cocuq mercanli kendinde partlamamis herbi sursat askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9959
 
RR
0.0287