Bakı-Tbilisi-Qars layihəsinin Türkiyə-Gürcüstan sərhədində işləri tamamlanır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin reallaşması istiqamətində işlər sürətlə davam edir.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, layihənin Gürcüstan hissəsində üç mərhələdə (Marabda – Tetriskaro, Tetritskaro-Salka, Salka-Axalkalaki) tikinti-reabilitasiya və Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) sahəsində tikinti işləri həyata keçirilməyə başlanıb və artıq işlər tamamlanmaq üzrədir.

 

“Artıq bəzi sınaqlar həyata keçirilib. Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi qatarların dizel ilə işləyən lokomotivlərlə bir neçə dəfə sınağı baş tutub. İşçi qatarları müntəzəm hərəkətdədir. Lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər. Axalkalaki stansiyasındakı yüklü vaqonun təkər arabacıqlarının dəyişmə (1 520 mm standartlı izdən 1 435 mm standartlı izə və əksinə keçirilərək) və iritonnajlı konteynerin vaqondan–vaqona götürülüb-qoyulması məntəqələrində qurğular uğurla sınaqdan keçirilib. Stansiyada vağzal binasının, süni qurğuların, rabitə və İMB, elektrik təchizatı qurğularının, yol keçidinin, piyada körpüsünün, təkər arabacıqları dəyişdiriləcək məntəqənin, mikroprosessor mərkəzləşdirilməsi postunun, konteyner meydançasının, yüklərin boşaldılıb doldurulması məntəqələrinin, sərnişinlərin keçidi üçün tunelin, patrul və  avtomobillər üçün yolların habelə stansiyada çalışacaq işçilər üçün inzibati binaların tikintisində işlər tamamlanmaq üzrədir”, - deyə məlumatda bildirilib.

 

Bundan başqa, stansiyada 1 520 mm izli parkda 6 və 1 435 mm izli parkda 4 yola, dalan yollarına, Axalkalaki stansiyasını Axalkalaki–Kartsaxi (Türkiyə sərhədi) sahəsi ilə birləşdirən yola üst quruluş elementləri qoyulub. Axalkalaki stansiyası dəmir yolu xətti ilə Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) sahəsi ilə birləşdirilib.

 

Axalkalaki stansiyasını Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) ərazisindəki dəmir yolu ilə birləşdirən 6 dayaqlı 153 metrlik körpünün tikintisində işlər başa çatdırılıb. Gürcüstanın İqtisadiyyat və Dayanıqlı  İnkişaf Nazirliyinin müvafiq  əmri ilə istismara qəbul edilib. Sərhəddə tikilən 4450 metr uzunluğunda tunelin Gürcüstan hissəsinə düşən 2070 metr hissəsində (portalla birlikdə) qazma işləri başa çatdırılıb, son 90 metrdə betonlama işləri aparılır.

 

Bu günlərdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanovun rəhbərliyi ilə bir qrup nümayəndə heyəti Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində son vəziyyətlə tanış olub, işlərin sürətləndirilməsi üçün müvafiq tövsiyələr verib.

 

Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 mln. ton, növbəti illərdə isə 15 mln. tona qədər yükün  daşınması mümkün olacaq.

 

Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur.

 

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının bu il istismara verilməsi gözlənilir.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:54 22 Sentyabr
08:45 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • meleyke abbaszade agsuda vetendaslari qebul edib
    Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib
  • bakida sehadet senedli filminin teqdimati kecirilib
    Bakıda "Şəhadət" sənədli filminin təqdimatı keçirilib...
bakida sehadet senedli filminin teqdimati kecirilib bakida sehadet senedli filminin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ