Bakıda daha bir yol istifadəyə verilib

Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında  vətəndaşların rahatlığı üçün salınan yeni yolun inşası ilə bağlı aparılan işlər başa çatdırılıb.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 260 metr olan yeni yol 4 hərəkət zolağından ibarətdir. Layihəyə əsasən 1 metr enində ayrıcı zolaqla birlikdə yeni küçənin eni 16 metr təşkil edib. İnşa olunan yeni yolun hər iki tərəfində vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə eni 2-3 metr olan  piyada səkiləri də inşa olunub. Bununla yanaşı, sutkanın qaranlıq saatlarında yolun hərəkət hissəsini işıqlandırmaq məqsədi ilə yol ayrıcına 7 ədəd işıq dirəyi də quraşdırılıb.

 

Salınan yeni yolun ərazisində yararsız qrunt 1 metr dərinlikdə qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək yeni yol yatağı inşa edilib. Daha sonra, qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Torpaq işləri bitdikdən sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü də döşənilib. Ümumilikdə yolun hərəkət hissəsinin 4 min kvadratmetr sahəsinin asfaltlanması işləri aparılıb. Yolayrıcına və səkilərin kənarlarına min paqon-metr səki daşı da düzülüb.

 

Tikinti işləri bitdikdən sonra küçədə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilərək yeni yol vətəndaşların istifadəsinə verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ozbekistan mudafie naziri azerbaycan silahli quvvelerinin herbi akademiyasinda olub
    Özbəkistan müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin Hə...
  • bakida yol qezasi bas verib 3 nefer xesaret alib
    Bakıda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
bakida yol qezasi bas verib 3 nefer xesaret alib bakida yol qezasi bas verib 3 nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285