Bakıda “Qanunverici metrologiya” üzrə konfrans keçirilib

bakida qanunverici metrologiya uzre konfrans kecirilib

Bu gün Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) və Çex Metrologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində sənaye, ticarət və xidmət sahələrinin nümayəndələri üçün “Qanunverici metrologiya” üzrə konfrans keçirilib.

 

"APA-Economics" xəbər verir ki, tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov qeyri-neft sektorunun inkişafının, ixrac potensialının artırılmasının əsas alətlərindən biri olan keyfiyyət infrastrukturunun, xüsusilə metrologiya sahəsinin inkişaf etdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu istiqamətdə Komitə Avropa İttifaqı ilə onun “Tvinninq” və “Taiex” proqramları çərçivəsində uzun illərdir ki, sıx və müvəffəqiyyətlə əməkdaşlıq etməkdədir.” Onun sözlərinə görə, hazırda icra olunan layihənin məqsədi də Azərbaycanda metrologiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi, metrologiya sahəsində hüquqi və tənzimləyici sənədlərin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması, texniki bazanın təkmilləşdirilməsi və metrologiya sisteminin inkişafı vasitəsilə Azərbaycanın dünya bazarına çıxışının dəstəklənməsidir.

 

N.Rəhimov bildirib ki, Azərbaycanda qeyri-neft ixrac potensialının genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq keçirilən sınaqların, kalibrləmə nəticələrinin, həmçinin verilən sertifikatların tanınması istiqamətində komitə tərəfindən işlər aparılmaqdadır. Bundan başqa Milli Etalon Mərkəzində fəaliyyət göstərən etalon laboratoriyalarının beynəlxalq tanınması ilə bağlı müvafiq prosedurlar icra olunur. Hazırda ölkəmizdə dövlət etalonlarının saxlandığı və ölçmələrin izlənilməsini həyata keçirən 7 laboratoriya fəaliyyət göstərir. Yaxın zamanlarda bu laboratoriyaların sayının 20-dək artırılması planlaşdırılıb.

 

Sonra çıxış edən Çexiyanın Bakıdakı səfiri Vitezslav Pivonka təmsil etdiyi ölkə ilə Azərbaycan arasında həm ikitərəfli, həm də müxtəlif layihələr çərçivəsində əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Xüsusilə Çex Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən səfir “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Tvinninq layihəsinin rolunu da vurğulayıb.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Qanunverici metrologiya şöbəsinin müdiri Oqtay Abbasov ölçmələrin vəhdətinin təmin edilməsi barədə milli qanunvericilik barədə məlumat verib.

 

Mövzu üzrə məruzələrlə davam edən konfransda Almaniya və Çexiyanın metrologiya üzrə mütəxəssisləri tərəfindən “Ölçmə vasitələrinə dair Avropa qanunvericiliyinin prinsipləri”,  “Ölçmə vasitələrinə dair Avropa Direktivinin (MID) və qeyri-avtomatik çəki alətlərinin Direktivinin tətbiqi (NAWID)”, “Ölçmə vasitələri bazarına nəzarət”,  “MID və NAWID Direktivlərinin tətbiqinə dair Çexiyanın təcrübəsi”, “Potensial müştərilər tərəfindən ölçmə vasitələrinin seçilməsi” mövzularında təqdimatlar edilib.

 

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, PTB və Çex Metrologiya İnstitutunun tərəfdaşlığı ilə həyata keçirilən Tvinninq layihəsinin icrasına 2016-cı ilin yanvar ayında başlanılıb. Layihənin sonunda Azərbaycanda metrologiyanın həm texniki, həm də hüquqi bazasının təkmilləşdirilərək qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına nail olunacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti pyotr porosenko ile gorusub
    Azərbaycan prezidenti Pyotr Poroşenko ilə görüşüb
  • prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib
    Prezident İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət e...
prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.0123
 
RR
0.0291