Bakının daha bir küçəsində təmir işləri başa çatıb

Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsi tam olaraq təmir olunub. “Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən xəbər görə, təmir işləri ilkin etapda küçənin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, daha sonra Əhməd Rəcəbli küçəsi ilə Azadlıq prospektləri arasında yerləşən 1650 metrlik hissəsində aparılıb. Küçənin ortalama eni 16 metr təşkil edir.

 

Təmir işləri çərçivəsində sözügedən küçə boyu yeni yeraltı kommunikasiya xətləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub.  Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

 

Cəfər Xəndan küçəsinin köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb. Ümumilikdə yolun 38 min m2 sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.    

 

Aparılan təmir işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb. Səkilərin kənarlarına 5 min paqon-metr yeni səki daşları düzülüb.

 

Təmir işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda yanginla bagli xususi qerargah yaradilib
    Gürcüstanda yanğınla bağlı xüsusi qərargah yaradılıb...
  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
barselona terrorunun esas subhelisi tutulub barselona terrorunun esas subhelisi tutulub +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ