Bakının Neftçilər prospektindəki digər dəmir yolu da sökülür

Ötən ilin dekabrında Türkmənistandan Qara dənizə qədər, Azərbaycan üzərindən karbamit yükünün tranzit nəql edilməsi prosesi həyata keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova APA-ya bildirib ki, sınaq məqsədi daşıyan həmin nəql prosesi zamanı yük gəmilərlə Bakı terminalına daşınıb, orada isə vaqonlara yüklənərək Gürcüstana yola salınıb. Hava şəraiti ilə əlaqədar Xəzər dənizində bərə daşımalarında bəzi gecikmələr yarandığından bu yüklər tıxac əmələ gələn Ələt yox, məhz Bakı terminalına yönəldilib. Sınaq nəql prosesi uğurlu olduğundan 2017-ci ildə 300 min ton karbamitin bu marşrut üzrə daşınması planlaşdırılır.

 

Qeyd olunub ki, yüklərin limandan sonra dəmir yolu ilə nəqli üçün Bakı limanı istiqamətində olan dəmir yollarının balans saxlayıcısı Bakı Beynəlxalq Dəniz Limanı ilə birlikdə DYP-nin Siqnal idarəsi cəlb olunmaqla, Neftçilər prospektini kəsən dəmir yolu üzərində təhlükəsizlik tədbirləri gücləndirilməkdədir.

 

Bərə terminalının Ələt qəsəbəsində inşa edilmiş yeni dəniz limanına köçürülməsi ilə əlaqədar Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu, prospekt boyunca avtomobillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədi ilə 2017-ci il yanvarın 4-də sökülüb, “Azəravtoyol” ASC tərəfindən asfalt örtüklə əvəzlənib. 2017-ci il yanvarın 7-də isə Əhmədli stansiyası istiqamətində Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu sökülərək asfalt örtüklə əvəz ediləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
09:24 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide avtomobil hasara cirpilib xesaret alanlar var
    Ağcabədidə avtomobil hasara çırpılıb, xəsarət alanlar var...
  • fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1
    FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məl...
fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 fhn bakinin merkezinde magazada bas veren yanginla bagli melumat yayib yenilenib 1 +2
MƏZƏNNƏ
FOREX
/ 22 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ