“Caspian Asian Club”a baş icraçı direktor təyin olunub

caspian asian club a bas icraci direktor teyin olunub

Samir Hacıyev bu yaxınlarda yaradılmış “Caspian Asian Club”un baş icraçı direktoru vəzifəsinə təyin edilib.

 

“APA-Economics” xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

 

T. Əliyev qeyd edib ki, S. Hacıyev son iki ildə “Caspian European Club”un hüquq komitəsinə uğurla rəhbərlik edib.

 

S. Hacıyev 2000-ci ildə “Təfəkkür” Universitetində hüquq ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə London Sığorta İnstitutunun sertifikatını alıb, 2006-cı ildə “Beynəlxalq hüquq və hüquqşünaslıq” ixtisası üzrə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. S. Hacıyev peşəkar karyerası dövründə müxtəlif sığorta şirkətlərində və beynəlxalq hüquq firmalarında rəhbər vəzifələri tutub. Hazırda “PwC Azerbaijan” hüquq praktikasının direktoru və rəhbəridir.

 

S. Hacıyev göstərilən etimada və ona yaradılmış yeni imkana görə “Caspian European Club”un rəhbərliyinə minnətdarlığını bildirib.

 

“Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir.

 

Yarandığı gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mecburi kockun ailelerinin terterdeki yeni seherciye kocurulmesine baslanilib
    Məcburi köçkün ailələrinin Tərtərdəki yeni şəhərciyə köçürül...
  • erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq
    Ərdoğan: “Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alın...
erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq erdogan yaxin gunlerde afrin seher merkezi muhasireye alinacaq +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301