“Caspian Energy Tourism Forum”a qeydiyyat oktyabrın 17-dək davam edəcək

caspian energy tourism forum a qeydiyyat oktyabrin 17 dek davam edecek

“Oktyabrın 18-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək “Caspian Energy Tourism Forum”a iştirakçıların qeydiyyatı davam edir”.

 

APA-Economics”in xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib. Onun sözlərinə görə, foruma qeydiyyat oktyabrın 17-dək açıqdır.

 

Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmalısınız:  http://www.caspianenergy.org/index.php/registration/item/126-agro-industry-and-fmcg-forum-tourism-forum-18-10-2017

 

“Forum Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə təşkil olunacaq. Foruma həmçinin Xəzər-Qara dəniz regionu ölkələrinin iri avia və turizm şirkətlərinin rəhbərləri qatılacaqlar”, - deyə Telman Əliyev qeyd edib.

 

O, həmçinin bildirib ki, sözügedən forum “Caspian European Club” və “Caspian American Club” üzvlərinin çoxsaylı xahişləri nəzərə alınaraq təşkil olunub. Bundan başqa, forum eyni zamanda tədbirdə iştirak etməsi planlaşdırılan diplomatik nümayəndəlik və xarici şirkət rəhbərlərində də böyük maraq doğurub.

 

T. Əliyev həmçinin xatırladıb ki, “Caspian Energy Tourism Forum” çərçivəsində “Caspian European Club”un İdarə heyəti üzvlərinin əsas seçkiləri baş tutacaq. Seçkilərin nəticəsi elə həmin gün ənənəvi “CEO Lunch Baku”da açıqlanacaq. Onun sözlərinə görə, oktyabrın 18-i günün ikinci yarısında “Caspian European Club” və “Caspian American Club” çərçivəsində “Vegilər Məcəlləsində dəyişikliklər” mövzusunda seminar keçiriləcək. Seminarı “Barattson School of Business and Finance” tədris müəssisəsinin nümayəndəsi Azər Qəmbərov aparacaq.

 

Qeyd edək ki, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Avropa İttifaqı dövlətlərində ildə bir neçə dəfə keçirilən Caspian Energy Forum neft və qeyri-neft sektoru şirkətləri üçün fəal meydan rolunu oynayır. Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən  “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club” dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin kiçik və orta biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

19:09 09 Dekabr
23:08 08 Dekabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaradagda yangin olub
    Qaradağda yanğın olub
  • bakida tikilmekde olan bina ucub
    Bakıda tikilməkdə olan bina uçub
bakida tikilmekde olan bina ucub bakida tikilmekde olan bina ucub +2
MƏZƏNNƏ
FOREX
/ 11 Dekabr, 2017

USD
1.7
 
EUR
1.9995
 
RR
0.0287