“Caspian European Club”un baş icraçı direktoruna iki müavin təyin olunub

Günay Sadıqova və Eldar Maksumov “Caspian European Club”un baş icraçı direktorunun müavinləri təyin ediliblər.

 

“Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.

 

T. Əliyev qeyd edib ki, G. Sadıqova və E. Maksumov “Caspian Energy”də öz əmək fəaliyyətlərinə 2004-cü ildə başlayıblar və son bir neçə il ərzində “Caspian Energy İnternational Media Group”, “Caspian European Club” və “Caspian American Club”un baş menecer vəzifələrini icra edirlər.

 

“13 ildir ki, onlar dövlət qurumları ilə özəl sektor arasında əlaqələrin yaradılmasında fəal iştirak edir və həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda uğurla böyük tədbirlər təşkil edirlər”, - deyə T. Əliyev söyləyib.

 

G. Sadıqova Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Azərbaycan, ingilis, türk, ərəb, ivrit və alman dillərini bilir. Əmək fəaliyyəti dövründə Şimali Amerika və Avropa dövlətlərinin hökumət və özəl sektor nümayəndələri ilə fəal əlaqələr qurub.

 

E. Maksumov Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Neft Akademiyasını qırmızı diplomla bitirib. Azərbaycan, rus, ingilis və alman dillərini bilir. Əmək fəaliyyəti dövründə MDB, GUAM və Asiya dövlətlərinin hökumət və özəl sektor nümayəndələri ilə fəal əlaqələr qurub.

 

Qeyd edək ki, “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un sədri Azərbaycan prezidenti İlham Əliyevdir. Yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida abs senatinin modeli konfransi teskil edilib
    Bakıda ABŞ Senatının Modeli Konfransı təşkil edilib
  • tovuzda bas veren yanginda er arvad bogularaq olub
    Tovuzda baş verən yanğında ər-arvad boğularaq ölüb
tovuzda bas veren yanginda er arvad bogularaq olub tovuzda bas veren yanginda er arvad bogularaq olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301