Dövlət qurumları payız-qış mövsümünə hazırdır - SORĞU

dovlet qurumlari payiz qis movsumune hazirdir sorgu

Noyabrın 15-dən etibarən 2017-2018-ci il payız-qış mövsümü başlayır.


"APA-Economics" aidiyyəti dövlət qurumlarının payıq-qış mövsümünə hazırlığı ilə bağlı sorğu keçirib.

 

"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, dağlıq rayonlarında mövsümünə noyabrın 1-dən start verilib.

 

Onun sözlərinə görə, artıq payız-qış mövsümünə hazırlıqla əlaqədar bütün işlər başa çatdırılıb: "Dəqiqləşdirsəm, 545 qazanxana və 92 istilik məntəqəsi istismara tam hazır vəziyyətdədir. Bu il "Azəristiliktəchizat" ASC-nin mənbələrindən 2750 yaşayış binası, eyni zamanda layihə üzrə bütün qazanxanalardan istiliklə təmin olunması nəzərdə tutulan bütün məktəb, uşaq bağçası, səhiyyə obyektləri və digər müəssisələr istiliklə təmin olunacaq".

 

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə deyir ki, 2017-2018-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatını təmin edilməsi, təbii qazdan təhlükəsiz istifadə olunması və qaz təsərrüfatının ahəngdar fəaliyyətinin təmin edilməsi məqsədilə təmsil etdiyi qurum tərəfindən tədbirlər proqramı hazırlanıb: "Tədbirlər proqramına uyğun olaraq cari ilin may-oktyabr ayları ərzində 65549 paqonmetr uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilib, eləcə də yeni qaz xətləri çəkilib, 151 ədəd siyirtmə yenisi ilə əvəzlənib, qaz xətləri üzərində 307 qaztənzimləyici quraşdırılıb. Bu işlərin icrası oktyabr ayında yekunlaşdırılıb. Buna baxmayaraq, qaz təsərrüfatında gündəlik olaraq işlər, tənzimlənmə tədbirləri həyata keçirilməkdədir, qaz xətlərində təhlükə yaradan hissələr dərhal aradan qaldırılır. Onu da qeyd edim ki, "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramına uyğun olaraq, cari ilin yanvar-oktyabr ayları ərzində 45 yaşayış məntəqəsi qazlaşdırılıb, 73719 yeni abonent qeydiyyata alınıb ki, bununla da respublika üzrə ümumi təbi qaz istehlakçılarının sayı 2 milyon 77 min 503-ə çatdıırlıb".

 

Qurum rəsmisi əlavə edib ki, havalar soyuduqca təbii qaza olan tələbat da artır, tələbat artdıqca təbii qazın sərfiyyatı da "Azəriqaz" tərəfindən artırılır. Hal-hazırda sərfiyyatın 15 milyon 754 min kubmetr səviyyəsində olduğunu deyən İ.Kərbəlayev qeyd edib ki, ötən günlərə nisbətən sərfiyyatda 214 min kubmetr artım qeydə alınıb.

 

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bəyan edib ki, bu payız-qış mövsümü digərlərindən yaxşı mənada fərqlənəcək: "Son 14 ildə tikilən müasir elektrik stansiyaları sayəsində isə Azərbaycan daxili enerji tələbatını tam yerli istehsal hesabına ödəməyə nail olub. Ümumilikdə, ötən 10 ildə "Azərişıq" ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yarımstansiya tikilib. Yeni 35 kV yarımstansiyaların sayı isə 141-ə çatır. 2006-2017-ci illərdə 4894 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 577514 dayaq quraşdırılıb, 45818 kilometr uzunluğunda hava və kabel xətti çəkilib. Quraşdırılan yeni tipli elektron sayğacların sayı 1621871-ə çatır. Silsilə və kompleks tədbirlər hesabına "Azərişıq" ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 2017-ci ilin 9 ayının yekununa görə 9,9%-ə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2017-ci ilin sonuna bu göstərici 11900 meqavoltamperə çatdırılacaq. Son illərdə Bakı şəhərinin elektrik enerjisinə olan tələbatı illər üzrə 3-4% artımla müşayiət olunduğundan 2025-ci ilədək paytaxtın elektrik enerjisinə olan güc ehtiyacı 3000 MVt sərf olunacaq elektrik enerjisinin miqdarı 12-13 mlrd kVt/saat olması gözlənilir. Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri yaradılıb, yeni 110;35;10;6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb. Beləliklə, Bakı şəhərinin paylayıcı elektrik şəbəkəsinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması üçün lazımi texniki tədbirlərin, yəni mövcud köhnəlmiş şəbəkənin yenilənməsi, genişləndirilməsi, yeni güc mərkəzlərinin, 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemlərin yaradılması, qəza hallarında operativliyin yüksəlməsi və dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 22 ədəd 110 kV-luq, 77 ədəd 35 kV-luq, 1974 ədəd 10-6 kV-luq YS inşa edilib, 28093 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 239532 ədəd dayaq quraşdırılıb. Respublika rayonlarında keçən əsrin 50-60-cı illərindən tikilib istismara verilmiş paylayıcı elektrik şəbəkələrinin 85%-i öz istismar müddətini başa vurduğundan regionlarda şəbəkələrin əlaqələndirilməsi radial sxem üzrə yerinə yetirilir ki, bu da elektrik təchizatının dayanıqlığını və etibarlığını təmin etmir. Bu istiqamətdə “Azərişıq” ASC tərəfindən regionlarda 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 2920 ədəd 10-6 kV-luq YS inşa edilib, 17725 km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 337982 ədəd dayaq quraşdırılıb. Bütün bunlar əsas verir ki, bu payız-qış mövsümü ərzində "Azərişıq" ASC-nin abonentlərinə göstərdiyi xidmətin səviyyəsi digərlərindən fərqlənəcək. Abonentlərimizin elektrik enerjisi ilə təchizatında heç bir problem olmayacaq, tələbat tamamilə ödəniləcək. Hava şəraitinin nə qədər sərt keçməsindən asılı olmayaraq, biz payız-qış mövsümünə tam hazırıq. Təbii ki, təbiətin şıltaqlığı nəticəsində qəzalar baş verərsə, onlar dərhal aradan qaldırılacaq. Bunun üçün bizim lazımi sayda texnikamız, mal-materiallarımız və əməkdaşlarımız var. Çalışırıq ki, yaranacaq biləcək problemləri vaxtından əvvəl aradan qaldıraq".

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı da deyir ki, təmsil etdiyi qurum qış mövsümünə hazırdır: "Payız-qış mövsümünə hazırlıqla bağlı kanalizasiya kollektroları, xətləri və yağış barmaqlıqlarının  təmizlənməsi işləri həyata keçirilib və bu işlər mütəmadi davam etdirilir. Yay aylarından fərqli olaraq qış aylarında suya tələbat kəskin azalır və bu dövrdə su təchizatında hər hansı fasilələr gözlənilmir. Anbarlarımız, magistral kəmərlərimiz və digər hidrotexniki qurğularımız istismara tam yararlıdır və onların saz, işlək vəziyyətdə olması üçün lazımi texniki xidmətlər göstərilir. Qış aylarında, xüsusən də şaxtalı havalarda baş verən donma halları  əsasən insanların fərdi qaydada və standartlara uyğun olmayan çəkilən xətlərində baş verir. Belə hallar əsasən də Bakıətrafı qəsəbə və yeni yaşayış massivlərindəki həyət evlərində qeydə alınır. Bununla bağlı tövsiyəmiz odur ki, vətəndaşlar həmin xətləri torpağın altına basdırsınlar, əgər bunu edə bilmirlərsə, çalışıb onların üzərini izolyasiya etsinlər".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti pyotr porosenko ile gorusub
    Azərbaycan prezidenti Pyotr Poroşenko ilə görüşüb
  • prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib
    Prezident İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət e...
prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib prezident ilham eliyev nato bas katibini azerbaycana devet edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.0123
 
RR
0.0291